Müğənni Sibel Canın özündən 11 yaş kiçik sevgilisi Emir Sarıgül ilə bağlı evlilik iddiaları yenidən gündəmə gəlib.
Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük uzun müddətdir münasibətdədir. Aparıcı Ece Erken onların yay aylarında evlənməyi planlaşdırdıqlarını iddia edib. Bildirilib ki, Sibel Can sevgilisinə tez-tez hədiyyələr alır.
Digər tərəfdən, jurnalist Müge Dağıstanlı daha əvvəl yazısında evliliyə daha istəksiz tərəfin Sibel Can olduğunu qeyd etmişdi. Buna baxmayaraq, münasibətlə bağlı müzakirələr davam edir.