AZ

İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Bakı.Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatınınəməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaqtəcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsininqarşısı alınıb.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həbs olunmuş şəxsə qohumu tərəfindən gətirilmişsovqata baxış keçirilən zaman orada olan ayaqqabının içərisindəxüsusi üsulla gizlədilmiş 2 ədəd bükülüdə 2,810 qram qurudulmuşmarixuana və 1,233 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
91
20
az.trend.az

10Mənbələr