AZ

Könül Həmzəyevaya açılan cinayət işinin və saxlanılmasının detalları məlum oldu

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın saxlanılmasının və barəsində cinayət işinin açılmasının detalları məlum olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, xanım iş adamı əslində tam fərqli bir məsələyə görə saxlanılaraq ona cinayət işi açılıb. 

İttihama görə, xanım iş adamına cinayət işinin başlanmasına səbəb, onun Tural adlı şəxsə Port Baku və şəhərin bir neçə mərkəzi yerlərindən mənzil almaq vədi verərək 700 min manatdan artıq pul vəsaitini ələ keçirməsidir. 

Bundan başqa, Könül Həmzəyeva Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra zərərin bir qismini ödəyib. Məhz bundan sonra onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. 

Eyni zamanda Xətai Rayon Polis İdarəsində də Könül Həmzəyeva ilə bağlı şikayətlər mövcuddur. Belə ki, Könül Həmzəyevanın tanınmış influenserlər - Fidan Rzayevadan (Fidan Zeyn) 150 min, Əfsanə Qasımovadan (Azerina) 300 min manat mənimsədiyi ittiham edilir.

Orxan Rasifoğlu

Seçilən
52
5
unikal.az

6Mənbələr