Yeni konstitusiyanın qəbul edilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin ilk inzibati əfvini təklif edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Qazaxəstan dövlət başçısı keçən il cinayət əfvinin verildiyini diqqətə çatdırıb. O bildirib ki, indi vətəndaşların və ya dövlətin təhlükəsizliyinə təhdid yaratmayan bir sıra cinayət və inzibati xətalar üçün əlavə əfv tətbiq edə bilərik:
"Qeyd etmək istərdim ki, bu inzibati əfv ölkəmizin tarixində ilk olacaq".
O, parlamentdən cari sessiyanın sonuna qədər müvafiq qanunu qəbul etməsini xahiş edib:
"Ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur. Nəticə etibarilə, dövlətlə vətəndaşları arasında münasibətlərin yenidən qurulması qaçılmazdır".
Süleyman