AZ

Tokayev inzibati əfv təklif edib

ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.

Yeni konstitusiyanın qəbul edilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin ilk inzibati əfvini təklif edib.Newscenter.az TASS-a istinadən bildirir ki, Qazaxəstan dövlət başçısı keçən il cinayət əfvinin verildiyini diqqətə çatdırıb. O bildirib ki, indi vətəndaşların və ya dövlətin təhlükəsizliyinə təhdid yaratmayan bir sıra cinayət və inzibati xətalar üçün əlavə əfv tətbiq edə bilərik:"Qeyd etmək istərdim ki, bu inzibati əfv ölkəmizin tarixində ilk olacaq".O, parlamentdən cari sessiyanın sonuna qədər müvafiq qanunu qəbul etməsini xahiş edib:"Ölkəmiz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyur. Nəticə etibarilə, dövlətlə vətəndaşları arasında münasibətlərin yenidən qurulması qaçılmazdır".Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
newscenter.az

2Mənbələr