AZ

Ukrayna qərar qəbul etməli və sülhə yol açmalıdır - Kreml

Ukrayna Rusiya ilə münaqişənin həlli cəhdlərinə qarşı müqavimətini davam etdirir.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov qeyd edib ki, Kiyev rejimi lazımi məsuliyyətli qərarı vermək əvəzinə, faydasız müqavimətini davam etdirir.

2026-cı ilin əvvəlindən bəri Ukrayna, Rusiya və ABŞ sülh müqaviləsi və atəşkəs şərtlərini müzakirə etmək üçün bir neçə üçtərəfli görüş keçirib. Fevral ayında Cenevrədə keçirilən son görüş məhsuldar hesab edilib.

Ukrayna Prezidenti Volodimir Zelenski danışıqların martda keçirilməsini istəsə də, Yaxın Şərqdəki münaqişə səbəbindən çətinliklər yaranıb. ABŞ yalnız öz ərazisində məsləhətləşməyə razılıq verib, Rusiya isə görüş üçün Türkiyə və ya İsveçrə təklif edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
40
missiya.az

1Mənbələr