Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Fövqəladə hadisələrə hazırlıq və belə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin təşkili” mövzusunda xəbərdarlıq və toplanış məşqi keçirilib.Məşqin məqsədi universitetin fakültə, şöbə və kafedralarında fəaliyyət göstərən Mülki Müdafiə (MM) qüvvələrinin dinc dövr üçün nəzərdə tutulmuş MM planının real vəziyyətinin dəqiqləşdirilməsi, idarəetmə və xəbərdarlıq sisteminin, eləcə də mühafizə vasitələrinin hazırlıq səviyyəsinin yoxlanılması olub.Məşqdə ADNSU-nun rəhbər heyəti, Mülki Müdafiə Qərargahının komandir-rəis heyəti və MM qüvvələrinin nümayəndələri iştirak edib.Məşq zamanı ADNSU-nun Mülki Müdafiə Qərargahının rəisi Elşən Məmmədov çıxış edərək MM qüvvələrinin fövqəladə hallarda rolu və vəzifələri barədə məlumat verib, belə təlimlərin qüvvələrin hazırlıq səviyyəsinin artırılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mühəndis Elxan Əzizov isə əleyhqazın iş prinsipi və istifadə qaydalarını izah edib, həmçinin müxtəlif fövqəladə hallar zamanı davranış qaydalarını iştirakçılara əyani şəkildə nümayiş etdirib.Təlim zamanı müəyyən edilən bəzi nöqsanlar yerindəcə araşdırılıb və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb. Keçirilən məşqin nəticələrinə əsasən, ADNSU-nun Mülki Müdafiə qüvvələrinin fövqəladə hallarda vəzifələrini yerinə yetirməyə qismən hazır olduğu müəyyən edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


