AZ

"Bayern Münhen"in hücumçusu diskvalifikasiya edildi - SƏBƏB

Müqavilə ilə "Çelsi"yə məxsus olan, icarə əsasında "Bayern Münhen"in formasını geyinən hücumçu Nikolas Cekson diskvalifikasiya edilib.

Fanat.Az xəbər verir ki, qərar Münhen təmsilçisinin Almaniya çempionatının 26-cı turunda "Bayer leverkuzen"lə səfər matçından (1:1) sonra çıxarılıb.

Bundeliqanın İntizam Komitəsi "əczaçılar"ın forvardı Martin Teryeyə arxadan təhlükəli sürüşmə fəndi tətbiq edən və birbaşa qırmızı vərəqə alan seneqallının 2 çempionat matçını kənardan izləməsini uyğun sayıb. Bu isə o deməkdir ki, cekson 27 və 28-ci turlarda uyğun olaraq "Union" və "Frayburq"la görüşlərdə komandasına kömək etməyəcək.

Nikolas cari mövsüm bütün turnirlərdə 25 matça çıxaraq 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Bayern"lə icarə müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulub.

Toğrul

Seçilən
44
1
fanat.az

2Mənbələr