AZ

Ötən il Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi 6,5 milyard dolları ötüb

Bakı, 17 mart, AZƏRTAC

Ötən il Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyanın həcmi 6 milyard 595 milyon 296 min dollar təşkil edib. 2024-cü ildə bu məbləğ 7 milyard 46 milyon 217 min dollar olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair tədiyə balansının açıqlamasına həsr olunmuş brifinqdə deyib.

S.Nəsirov bildirib ki, birbaşa xarici investisiya qoyan ölkələrin siyahısında 1-ci yerdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, 2-ci Türkiyə, 3-cü yerdə Kipr, 4-cü yerdə BƏƏ, 5-ci yerdə İran qərarlaşıb.

Hesabat dövründə xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyanın həcmi isə 2 milyard 528 milyon 104 min dollar təşkil edib. 2024-cü ildə bu rəqəm 1 milyard 762 milyon 690 min dollar olub. Bu siyahıda da ilk yerdə İsrail, 2-ci yerdə Türkiyə, 3-cü BƏƏ, 4-cü yerdə İrlandiya Birləşmiş Krallığı, 5-ci yerdə Gürcüstan qərarlaşıb.

Müxbir - Samirə Quliyeva

Fotoqraf - İlqar Cəfərov

Seçilən
26
2
azertag.az

3Mənbələr