AZ

Rusiya Odessaya zərbə endirib

ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya ordusu Ukraynanın Odessa vilayətinə dron hücumu həyata keçirib və nəticədə gəmi, enerji və liman infrastrukturuna ziyan vurub.

Reyting.az-ın məlumatına görə, vilayət prokurorluğunun nümayəndəsi İnna Verban deyib ki, rus ordusu bölgədəki enerji, sənaye və liman infrastruktur obyektlərinə hücum üçün dronlardan istifadə edib.

İ. Verban bildirib ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları rusların böyük hücumu nəticəsində dəyən ziyanı sənədləşdirirlər.

Əlavə edilib ki, hücum ərazilərində yanğınlar baş verib, lakin xilasedicilər artıq onları söndürüblər və xəsarət yoxdur.

Hücum nəticəsində bəzi yaşayış məntəqələrində elektrik kəsintiləri baş verib.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
64
reyting.az

1Mənbələr