AZ

Pakistan Taliban hədəflərini məhv etdi Çox sayda ölü var (VİDEO)

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Pakistan ötən gecə ordusunun Kabil və Nəngərhar əyalətindəki "Taliban" hədəflərinə zərbələr endirdiyini açıqlayıb.

"Unikal" xarici KİV-ə istindən xəbər verir ki, hücumlarda hərbi obyektlər, sursat anbarları və "terrorçu qrupları" dəstəkləmək üçün istifadə edilən infrastruktur hədəf alınıb. 

Əfqanıstan hakimiyyəti isə Pakistanı Kabildəki narkotik asılılığı müalicəsi mərkəzinə zərbə endirməkdə günahlandırıb. Hökumət rəsmiləri hücum nəticəsində 400-ə qədər insanın öldüyünü və 250-yə yaxın insanın yaralandığını iddia edirlər.

Xəstəxana rəsmilərinin sözlərinə görə, orada təxminən 2000 nəfər müalicə alırmış. 

Gülayə Mecid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
1
unikal.az

2Mənbələr