AZ

Politoloq: "M.Xameneinin Moskvada vəfat etdiyi iddia olunur" » AzadMedia.az

Politoloq:


İranda ali dini rəhbərlə bağlı yayılan məlumatlar diqqət çəkib. Belə ki, sosial mediada M. Xameneinin Moskvada müalicə aldığı xəstəxanada vəfat etdiyi iddia olunur.

İddialara görə, o, bir müddət əvvəl aldığı xəsarətlər səbəbindən Moskvada müalicə olunurdu və bu gün dünyasını dəyişib. Bildirilir ki, SEPAH (İnqilab Keşikçiləri Korpusu) onun ölümünü gizli saxlayır və yeni liderin seçilməsi prosesini müvəqqəti olaraq təxirə salıb.
Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik hər hansı təsdiq və ya təkzib verilməyib.

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İranda ali dini liderin vəfatı rejimin dərhal süqutuna səbəb olmayacaq. Onun sözlərinə görə, son hadisələr ölkəni ciddi şəkildə zəiflədib və xüsusilə ABŞ-la qarşıdurma İranı onilliklər geriyə ata bilər.

Ekspert hesab edir ki, mövcud vəziyyətdə SEPAHın hakimiyyətdə qalması çətinləşə bilər. Eyni zamanda, regionda gərginliyin davam etdiyi və qarşıdurmaların hər iki tərəf, xüsusilə də İsrail üçün ciddi itkilərlə müşayiət olunduğu qeyd edilir.

Hazırda yayılan məlumatların doğruluğu rəsmi mənbələr tərəfindən təsdiqlənmədiyi üçün hadisələrin inkişafı diqqətlə izlənilir.

Seçilən
35
1
azadmedia.az

2Mənbələr