AZ

Daily Mail: “ Laricaninin ailə üzvləri Qərbdə yaşayır”

Britaniyanın “Daily Mail” qəzeti yazıb ki, anti-Amerika mövqeyi və ABŞ-yə qarşı sərt bəyanatları ilə tanınan İran Ali Milli Təhlükəsizlik Şurasınən katibi Əli Laricaninin qızı Fatimə Laricani 2017-ci ildə ABŞ-yə daxil olub. O, daha sonra Bayden administrasiyası dövründə daimi yaşayış icazəsi – “yaşıl kart” əldə edib.

Hesabatda qeyd olunur ki, Laricaninin qardaşlarından ən kiçiyi Baqir Laricani də 2017-ci ildə Kanadada daimi yaşayış icazəsi alıb. Kanada Miqrasiya və Qaçqınlar Şurası onun “ixtisaslı işçi və həkim kimi təcrübəsinə görə” uyğun namizəd kimi tanındığını bildirib.

Bununla belə, məlumatda vurğulanır ki, Baqir Laricani 2022-ci ildə son beş ildə ölkədə tələb olunan minimum 730 günü keçirmədiyi üçün Kanadanı tərk etməyə məcbur edilib.

Məqalədə bildirilir ki, Laricaninin digər qardaşı oğlu Britaniyada universitetlərin birində professor kimi fəaliyyət göstərir.

Seçilən
51
veteninfo.az

1Mənbələr