AZ

Pakistan Kabildə hərbi obyektlərə zərbələr endirib

Bakı, 17 mart, AZƏRTAC

Pakistan silahlı qüvvələri Əfqanıstanın paytaxtı Kabildə və Nəngərhar əyalətində hərbi hədəflərə zərbələr endirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın İnformasiya və Yayım Nazirliyinin məlumatında bildirilib.

“16 mart gecəsi Pakistan hərbi obyektlərə və terrorçuları dəstəkləyən infrastrukturlara, o cümlədən texniki avadanlıq və sursat anbarlarına dəqiq zərbələr endirib”, – deyə departament əlavə edib. Zərbələrdən sonra baş verən sursat partlaması hərbi obyektə hücum edildiyini təsdiqləyir.

Seçilən
40
azertag.az

1Mənbələr