AZ

Pakistanın Kabilə zərbələri nəticəsində 250-dən çox insan ölüb

BAKI, 17 mart. TELEQRAF

Pakistanın Kabil şəhərinə endirdiyi zərbələr nəticəsində 250-dən çox insan həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Əfqanıstanın TOLOnews portalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, hücumlar nəticəsində 400-dən çox insan da yaralanıb.

Bildirilib ki, bir gün əvvəl Pakistan ordusuna məxsus pilotsuz uçuş aparatları Kabilə zərbələr endirib və şəhərin müxtəlif rayonlarında partlayış səsləri eşidilib.

Seçilən
74
teleqraf.com

1Mənbələr