BAKI, 17 mart. TELEQRAF
Pakistanın Kabil şəhərinə endirdiyi zərbələr nəticəsində 250-dən çox insan həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Əfqanıstanın TOLOnews portalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, hücumlar nəticəsində 400-dən çox insan da yaralanıb.
Bildirilib ki, bir gün əvvəl Pakistan ordusuna məxsus pilotsuz uçuş aparatları Kabilə zərbələr endirib və şəhərin müxtəlif rayonlarında partlayış səsləri eşidilib.