AZ

Almaniya Hörmüz boğazında hərbi əməliyyatda iştirak etməyəcək

Berlin münaqişəyə qoşulmaq niyyətində olmadığını açıqlayıb...

Almaniya kansleri Friedrich Merz ölkəsinin Hörmüz boğazı ətrafında mümkün hərbi əməliyyatlarda iştirak etməyəcəyini bildirib.

Poliqon xəbər verir ki, bu barədə Handelsblatt qəzeti məlumat yayıb. Kanslerin sözlərinə görə, hazırkı mərhələdə dəniz yollarının hərbi yolla qorunması məsələsini müzakirə etmək üçün heç bir əsas yoxdur.

F.Merz vurğulayıb ki, Almaniya mövcud münaqişənin tərəfi deyil və belə bir müharibənin iştirakçısına çevrilmək niyyətində deyil. Onun sözlərinə görə, Berlinin əsas məqsədi gərginliyin daha da artmasının qarşısını almaq və münaqişənin diplomatik yollarla başa çatdırılmasına töhfə verməkdir.

“Bir daha çox aydın şəkildə demək istəyirəm ki, Almaniya bu müharibənin bir hissəsi deyil və belə olmasını istəmir. Buna görə də bütün səylərimiz müharibənin sona çatmasına yönəlib”, deyə kansler qeyd edib.

Kansler həmçinin bildirib ki, hazırda Almaniya hökumətində beynəlxalq dəniz marşrutlarının hərbi müdafiəsi, o cümlədən Hörmüz boğazında mümkün hərbi iştirak məsələsi gündəmdə deyil. Onun sözlərinə görə, rəsmi Berlin vəziyyəti diqqətlə izləyir və diplomatik kanallar vasitəsilə sabitliyin təmin olunmasına çalışır.

Eyni zamanda Norveçin baş naziri Jonas Gahr Støre də oxşar mövqe sərgiləyib. O bildirib ki, Norveç hökumətinin regionda hərbi müdaxilə planları yoxdur və Oslo da vəziyyətin diplomatik yollarla həllini dəstəkləyir.

Son aylarda Yaxın Şərqdə artan gərginlik fonunda xüsusilə Hörmüz boğazının təhlükəsizliyi beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Dünya neft daşımalarının mühüm hissəsinin keçdiyi bu strateji dəniz marşrutunda mümkün hərbi qarşıdurma ehtimalı bir sıra ölkələrdə narahatlıq doğurur. Buna baxmayaraq, Avropa ölkələrinin bir çoxu münaqişənin genişlənməsinin qarşısını almaq üçün hərbi deyil, siyasi və diplomatik həll yollarına üstünlük verildiyini bildirir.

Poliqon.info

Seçilən
93
43
poliqon.info

10Mənbələr