AZ

Ülviyyə Fətəliyeva: “Özbəkistandakı şahmat turnirində qalib olmaq məni sevindirir”

Özbəkistanın Buxara şəhərində keçirilmiş “IV Womens Chess Championship” beynəlxalq turnirində qalib olmaq Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyevanı sevindirir.

Ötən ay Azərbaycan çempionatının da qalibi olan şahmatçı turnirə 8 ölkədən 10 şahmatçının qatıldığını xatırladıb.

“9 turda 6,5 xal topladım. Yarışda çox güclü rəqiblər var idi. Belə turnirdə bu cür nəticə göstərmək məni sevindirir”, - deyə o, report.az-a açıqlamasında bildirib.

Ü.Fətəliyeva qarşıdakı hədəflərindən də söz açıb:

“Belə nailiyyətlərin davamlı olacağına ümid edirəm. Növbəti yarışlarda da yaxşı nəticələr göstərmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

İdman.Biz
Seçilən
4
1
idman.biz

2Mənbələr