Özbəkistanın Buxara şəhərində keçirilmiş “IV Womens Chess Championship” beynəlxalq turnirində qalib olmaq Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyevanı sevindirir.
Ötən ay Azərbaycan çempionatının da qalibi olan şahmatçı turnirə 8 ölkədən 10 şahmatçının qatıldığını xatırladıb.
“9 turda 6,5 xal topladım. Yarışda çox güclü rəqiblər var idi. Belə turnirdə bu cür nəticə göstərmək məni sevindirir”, - deyə o, report.az-a açıqlamasında bildirib.
Ü.Fətəliyeva qarşıdakı hədəflərindən də söz açıb:
“Belə nailiyyətlərin davamlı olacağına ümid edirəm. Növbəti yarışlarda da yaxşı nəticələr göstərmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.