AZ

Amsterdamda GÜCLÜ PARTLAYIŞ

Ajans.az “Parool” qəzetinə istinadən xəbər verir ki, hadisə bazar günü gecə saat 01:00 radələrində şəhərin Zuidas biznes rayonunda yerləşən Atrium ofis binasının girişində qeydə alınıb. Polis sözçüsünün bildirdiyinə görə, partlayış nəticəsində kiçik yanğın baş verib. Yanğın binanın təhlükəsizlik əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb. Hadisə zamanı binanın giriş qapısına cüzi ziyan dəyib, xəsarət alan olmayıb. Sosial şəbəkələrdə yayılan videolarda partlayışın arxasında özünü “Əshab əl-Yameen” adlandıran qrupun dayandığı iddia olunur. Həmin qrupun daha əvvəl yəhudi müəssisələrinə qarşı hücumlara görə məsuliyyət daşıdığı bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
66
Ajans.az

1Mənbələr