AZ

OMBUDSMANDAN 4 AY SONRA VERİLƏN “CAVAB” Vüqar Tofiqoğlunun qəbul ediləcəyi bildirilir, amma...

ain.az, Hurriyyet portalına istinadən məlumat yayır.

21 noyabr 2025-ci il tarixində “Hürriyyət” qəzetinin baş redaktoru və “Hurriyyet TV”-nin aparıcısı Vüqar Məmmədovun (Tofiqoğlu) qanunsuz həbsi ilə bağlı qəzetin Baş direktoru Cəsur Məmmədov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya müraciət ünvanlamışdı.

Hurriyyet.az xəbər verir ki, C.Məmmədovun həbsdə olan Baş redaktorun qardaşı olaraq ünvanladığı müraciətə 6 mart 2026-cı ildə rəsmi cavab gəlib. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tərəfindən göndərilən məktubda vurğulanır: “Qardaşınız Məmmədov Vüqar Tofiq oğlunun saxlanıldığı təcridxanada Ombudsmanın Milli Preventiv qrupunun üzləri tərəfindən qəbul edilməsinə dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ünvanladığınız müraciətlə bağlı bildiririk ki, Vüqar Məmmədov müvafiq görüş siyahısına əlavə edilmiş, növbəti başçəkmələr zamanı onun qəbul olunmağı nəzərdə tutulmuşdur”.

Qeyd edək ki, Obmudsman Səbinə Əliyevaya müraciətdə Baş redaktor Vüqar Məmmədovun azadlıq hüququnun pozulması bildirilmiş, “Ombudsman institutundan xahişim odur ki, Vüqar Məmmədovun işində azadlıq hüququnun (AİHM-in 5-ci maddəsi), ədalətli məhkəmə araşdırması hüququnun (6-cı maddə) və ifadə azadlığının (10-cu maddə) təmin olunması məqsədilə monitorinq aparılsın, istintaq orqanından tələb olunsun ki, saxlanılma qərarının zəruriliyi və proporsionallığı, ittihamın faktiki əsasları, əməliyyat tədbirinin legitimliyi və prosesual normaların gözlənilməsi barədə aydın məlumat təqdim olunsun”, - deyə qeyd olunmuşdu.

Təəssüflə qeyd edirik ki, Ombudsman Aparatının təxminən 4 ay sonra verdiyi cavab məktubunda belə, V.Məmmədovun hansı tarixdə qəbul olunacağı ilə bağlı dəqiq məlumat bildirilmir. “Vüqar Məmmədov müvafiq görüş siyahısına əlavə edilmiş, növbəti başçəkmələr zamanı onun qəbul olunmağı nəzərdə tutulmuşdur” ifadəsi özündə açıq-aşkar qeyri-müəyyənlik əks etdirdiyindən,bu görüşün yaxın tarixdə baş tutacağına inam da azdır. Çox güman ki, Ombudsman Aparatı 4 ay sonra cavab xatirinə belə məktub göndərməklə, sadəcə, vətəndaşı (“Hürriyyət”in Baş direktorunu) “yola verib”.

Bütün bunlara baxmayaraq, yenə də ümid edirik ki, Ombudsman Aparatının əməkdaşları qanunsuz yerə həbsə atılan Vüqar Məmmədovun hüquqlarının müdafiəsi istiqamətində müəyyən addımlar atacaqlar. Ək halda, Azərbaycanda Ombudsman İnstitutunun mövcudluğuna nə ehtiyac var ki?!

Hurriyyet.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
hurriyyet.az

1Mənbələr