AZ

Hərbi xidmətdən yayınanlara qarşı qaydalar sərtləşdirilir

Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir.

Bu abrədə Aznews.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının vaxtında və effektiv qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti qanunvericilik aktlarında, o cümlədən Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə 2024-cü il 27 dekabr tarixli qanunu qəbul edilib. Həmin qanunla Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (şəhadətləndirməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.

Bununla yanaşı, vətəndaşların müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda, barələrində çağırış üzrə qərar qəbul edilənədək, onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Miqrasiya Məcəlləsində dəyişiklik edilib.

Artıq bu dəyişikliklər “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2001-ci il 1 noyabr tarixli 1 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Plenumun 23 yanvar 2026-cı il tarixli qərarında da öz əksini tapıb.

Seçilən
28
49
aznews.az

4Mənbələr