AZ

Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir

Bakı.Trend:

Müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarınınvaxtında və effektiv qarşısının alınması məqsədilə AzərbaycanRespublikasının aidiyyəti qanunvericilik aktlarında, o cümlədənCinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrində, “AzərbaycanRespublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklikedilməsi barədə Azərbaycan Respublikasının 2024-cü il 27 dekabrtarixli Qanunu qəbul edilmişdir.

Həmin Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsindəedilmiş dəyişikliyə əsasən “çağırışdan boyun qaçırma” dedikdəvətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə(şəhadətləndirməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara vəsəfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başadüşülür.

Bununla yanaşı, vətəndaşların müddətli həqiqi hərbi xidmətə vəsəfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda,barələrində çağırış üzrə qərar qəbul edilənədək, onların ölkədəngetmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı AzərbaycanRespublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilmişdir.

Artıq bu dəyişikliklər “Hərbi xidmət keçməkdən boyun qaçırma,hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilikişləri üzrə məhkəmə təcrübəsi haqqında” 2001-ci il 1 noyabr tarixli1 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi PlenumununQərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 yanvar 2026-cı il tarixli Qərarında daöz əksini tapıb.

Vətəndaş həqiqi hərbi xidmətə çağırış müddəti başa çatanadək,habelə tibbi şəhadətləndirməyə, hərbi toplanış və təlimlərə üzrlüsəbəb olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DövlətXidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlmədikdəhərbi xidmətdən boyun qaçırma kimi qiymətləndirilir və məsuliyyətəsəbəb olur.

Bundan başqa çağırışçının hərbi xidmətdən yayınmaq, o cümlədəntibbi müayinəyə (tibbi şahədətləndirməyə), müddətli həqiqi hərbixidmətə çağırılmasına dair çağırış vərəqəsinin çatdırılmasınınqarşısını almaq üçün ona şamil edilən cari çağırış müddəti başaçatanadək yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayışyeri üzrə hərbi qeydiyyatdan çıxmaması və olduğu yer üzrə hərbiqeydiyyata durmaması və ya yaşayış yerini dəyişərkən “Hərbi vəzifəvə hərbi xidmət haqqında” Qanunun 7.3-cü maddəsində göstərilənvəzifəsinə əməl etməyərək hərbi qeydiyyatda olduğu Səfərbərlik vəHərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə,idarə, şöbə və bölmələrinə məlumat verməməsi də CM-in 321-cimaddəsi ilə məsuliyyətə səbəb olan əməllər kimi qiymətləndiriləbilər.

Yuxarıda qeyd olunan kateqoriyalara aid, ölkənin hüdudlarında vəkənarında olan, aktiv möhlət hüququ olmayan vətəndaşlarımızabildirmək istərdik ki, hərbi vəzifələrinin icrasına və hərbiöhdəliklərinə məsuliyyətlə yanaşsınlar, habelə hərbi biletlərindəvə “mygov” platformasında olan şəxsi kabinetlərində qeyd olunanvaxtda Dövlət Xidmətinin qeydiyyatda olduqları struktur bölmələrinəyaxınlaşsınlar.

Hərbi sahədə qanunvericiliyin təkmilləşdirilməsi ölkənin millitəhlükəsizliyini gücləndirmək, Silahlı Qüvvələri çağırışçılarlavaxtında və keyfiyyətlə komplektləşdirmək, səfərbərlik sistemininsəmərəliliyini artırmaq məqsədini daşıyır.

Məqalədə:
Seçilən
29
49
az.trend.az

4Mənbələr