AZ

Pezeşkian ictimaiyyət arasına çıxdı, yürüşə qatıldı

İran Prezidenti Məsud Pezeşkian Qüds Günü münasibətilə keçirilən yürüşdə iştirak edib.

KONKRET.az xəbər verir ki, yürüş zamanı iştirakçılar müxtəlif plakat və şüarlar qaldırıblar.

Onlardan birində ABŞ Prezidenti Donald Trampın təsviri və üzərində “Allaha və Donald Trampa təşəkkürlər” yazısı yer alıb.

Qüds Günü hər il Ramazan ayının son cümə günü keçirilir və Fələstinlə həmrəylik məqsədi daşıyan tədbirlərlə qeyd olunur.

Tehranda təşkil olunan yürüşə çoxsaylı insanlar qatılıb, iştirakçılar bölgədəki siyasi məsələlər və Fələstinlə bağlı mövqelərini ifadə ediblər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
15
1
konkret.az

2Mənbələr