AZ

Fəxri xiyabanda yanaşı uyuyan cütlüklər Onlar kimlərdir? FOTOLAR

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

I Fəxri xiyaban Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların bir qisminin dəfn olunduğu məzarlıqlardan biridir. Fəxri xiyaban Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Sovetinin həmin sərəncamına əsasən, 1948–49-cu illərdə Çəmbərəkənd və şəhər qəbiristanlıqlarında dəfn olunmuş bir neçə mərhumun nəşi Fəxri xiyabana köçürülərək burada yenidən torpağa tapşırılıb.

Ölkə.az Musavat-a istinadən xəbər verir ki, 1948-ci ildə Fəxri xiyabanın ilk sakinləri arasında Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Cabbar Qaryağdı, Rüstəm Mustafayev, Əzim Əzimzadə və Hüseynqulu Sarabski kimi Azərbaycan mədəniyyətinin və ictimai həyatının görkəmli simaları yer alıb. Mir Cəfər Bağırovun rəhbərliyi dövründə isə ilk dəfə birbaşa çiyinlərdə Fəxri xiyabana gətirilərək burada dəfn olunan şəxs 1948-ci il noyabrın 23-də vəfat etmiş Üzeyir Hacıbəyov olub.

Azərbaycan SSR hökumətinin 27 avqust 1948-ci il tarixli sərəncamında qeyd olunduğu kimi, Fəxri xiyabanın salınması üçün tələb olunan xərclər neft hasilatından əldə olunan gəlirlər hesabına qarşılanmışdı. Başqa sözlə, bu məkanın yaradılması xalqın sərvəti olan neftin bəhrəsi ilə həyata keçirilmişdi.

Fəxri xiyabanda dəfn olunanlar arasında ömür yollarını birlikdə keçmiş cütlüklərə də rast gəlmək mümkündür. Bu cütlüklər sanki həyatdakı bağlılıqlarını əbədiyyətə də daşıyaraq eyni məkanda uyuyurlar.

Onlardan biri Heydər Əliyev - Zərifə Əliyeva cütlüyüdür.

Zərifə Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, gələcəyin görkəmli dövlət və elm xadimi Əziz Əliyevin və Leyla xanım Əliyevanın ailəsində dünyaya göz açıb. O, Azərbaycan oftalmologiya elminin inkişafında müstəsna xidmətləri ilə yadda qalıb və bu sahədə böyük məktəb formalaşdıran alimlərdən biri kimi tanınıb.

1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri xiyabanda, atasının qəbri yanında dəfn olunub. Onun məzarı üzərində tuncdan hazırlanmış heykəl ucaldılıb.

Azərbaycanın görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. Azərbaycan xalqının Ümummilli Lideri 2003-cü il dekabrın 12-də Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Üzeyir Hacıbəyov -  Məleykə Terequlova-Hacıbəyova cütlüyünün məzarları da Fəxri xiyabanda yerləşir.

Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Şuşanın Ağcabədi kəndində anadan olub. O, 22 noyabr 1948-ci ildə Bakı şəhərində vəfat edib. Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr ölkəmizdə Üzeyir Musiqi Günü kimi qeyd olunur.

Üzeyir bəyin həyat yoldaşı Məleykə Terequlova-Hacıbəyovanın adı isə pedaqoq, maarifçi və musiqişünas kimi Azərbaycan mədəniyyət tarixində xüsusi yer tutur. Məleykə xanım məşhur Terequlovlar nəslinə mənsub idi. Dahi bəstəkar Üzeyir Hacıbəyovun vəfatından sonra Bakıda “Arşın mal alan” musiqili komediyasının klavirinin, Moskvada isə “Koroğlu” operasının klavirinin nəşr olunaraq işıq üzü görməsində Məleykə xanımın böyük xidmətləri olub. Məleykə xanım Hacıbəyova 1966-cı ildə Bakı şəhərində vəfat edib.

Cəlil Məmmədquluzadə - Həmidə Cavanşir cütlüyünün də ruhu Fəxri xiyabanda birləşib.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, jurnalist və ictimai xadim Cəlil Məmmədquluzadə 22 fevral 1866-cı ildə Naxçıvan şəhərində anadan olub. O, 4 yanvar 1932-ci ildə Bakıda vəfat edib.

Həmidə Cavanşir isə xeyriyyəçi, tərcüməçi və Azərbaycan Yazıçılar İttifaqının üzvü kimi tanınıb. O, 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində dövrünün görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ailəsində dünyaya gəlib.

Cövdət Hacıyev - Əminə Dilbazi cütlüyü də Fəxri xiyabanda uyuyan görkəmli sənət adamlarındandır.

Azərbaycan bəstəkarı, Azərbaycan Dövlət Konservatoriyasının rektoru və professoru, Azərbaycan SSR xalq artisti, iki dəfə “Stalin” mükafatı laureatı Cövdət Hacıyev 1917-ci ildə Şəkinin Nuxa şəhərində anadan olub. O, 2002-ci il yanvarın 18-də ömrünün 85-ci ilində vəfat edib.

Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin mahir ustası və səhnə quruluşçusu, Azərbaycan SSR xalq artisti Əminə Dilbazi isə 26 dekabr 1919-cu ildə Qazaxda anadan olub. O, 2010-cu il aprelin 30-da Bakı şəhərində, 90 yaşında vəfat edib.

Beləliklə, Fəxri xiyaban yalnız bir məzarlıq deyil, həm də Azərbaycan tarixinin, mədəniyyətinin və milli yaddaşının canlı salnaməsidir. Burada uyuyan insanların taleyi və xidmətləri xalqın yaddaşında əbədi yaşayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
1
olke.az

2Mənbələr