AZ

PUA bazarının 65 faizi əlimizdədir türkiyəli nazir

Modern.az saytına istinadən ain.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsi və ABŞ ilə İsrailin İrana hücumları göstərir ki, hazırkı münaqişələrdə pilotsuz uçuş aparatları (PUA) ön plana çıxıb.

Modern.az xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır "Kanal 7"nin efirində deyib.

"PUA, kamikadze dronlar bahalı silahlardan üstün olub",- o bildirib və əlavə edib ki, indiki müharibələr cəbhədə yox, məsafədən aparılır:

"Bu savaşlarda milyonlarla dollar dəyərində olan silahlardan çox daha ucuz pilotsuz uçuş aparatları (PUA), süni intellektlə idarə olunan sistemlərin işə yaradığı ortaya çıxıb. Hazırda PUA sahəsində Türkiyə dünyanın ən təcrübəli ölkəsidir və bazarın 65 faizi Türkiyənin əlindədir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
11
modern.az

10Mənbələr