AZ

PUA bazarının 65 faizi Türkiyənin əlindədir

"Hazırda pilotsuz uçuş aparatları (PUA) sahəsində Türkiyə dünyanın ən təcrübəli ölkəsidir və bazarın 65 faizi Türkiyənin əlindədir".

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır "Kanal 7"nin efirində deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi və ABŞ ilə İsrailin İrana hücumları göstərir ki, hazırkı münaqişələrdə PUA ön plana çıxıb:

"PUA, kamikadze dronlar bahalı silahlardan üstün olub. İndiki müharibələr cəbhədə yox, məsafədən aparılır. Bu savaşlarda milyonlarla dollar dəyərində olan silahlardan çox daha ucuz PUA, süni intellektlə idarə olunan sistemlərin işə yaradığı ortaya çıxıb. Hazırda PUA sahəsində Türkiyə dünyanın ən təcrübəli ölkəsidir və bazarın 65 faizi Türkiyənin əlindədir".

Seçilən
33
11
xezerxeber.az

10Mənbələr