AZ

Liverpul un müdafiəçisini Real istəyir

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fransa millisinin müdafiəçisi İbrahima Konate "Liverpul"da qalıb-qalmayacağına hələ qərar verməyib. Sport24.az xəbər verir ki, 26 yaşlı futbolçunun təklifləri çoxdur.

O, PSJ və "Əl-Hilal"la bərabər, "Real"dan da təklif alıb.

"Liverpul"la müqavilə müddəti 2026-cı il iyunun 30-da başa çatacaq Konate Mersisayd klubunda qalmağı planlaşdırmır.

Amma daha yaxşı şərtlərlə müqavilə təklifi, də karyerasına "Liverpul"da davam etdirmək məcburiyyəti gətirə bilər. "Soşo" və "Leyptsiq"də oynamış Konate 2021-ci ildən "Liverpul"un üzvüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
1
sport24.az

2Mənbələr