Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk oyunlarından sonra turnirin əsas favoritlərinin siyahısı yenilənib.
"Football-plus.az" xəbər verir ki, reytinq cədvəlinin liderlər qrupunda yerdəyişmə baş verib.
“Bavariya” 1-ci pilləyə yüksəlib. İtaliyada “Atalanta”nı 6:1 hesabı ilə darmadağın edən Almaniya nəhəngi “Arsenal”ı qabaqlayaraq çempionluğa ən şanslı namizəd hesab olunub. Sonrakı yerlərə turnirin son qalibi PSJ və “Real” layiq bilinir. “Barselona”nın 5-ci pilləyə gerilədiyi siyahıda ilk “10-luğ”a “Atletiko”, “Liverpul”, “Mançester Siti”, “Bode/Qlimt” və “Qalatasaray” da daxil olub. PSJ-yə 2:5 hesabı ilə məğlub olan “Çelsi” isə 11-ci yerə düşüb.
Qeyd edək ki, ÇL-də 1/8 finalın cavab oyunları martın 17-18-də keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta