AZ

ÇL də hansı komanda qələbəyə daha şanslıdı?

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin ilk oyunlarından sonra turnirin əsas favoritlərinin siyahısı yenilənib."Football-plus.az" xəbər verir ki, reytinq cədvəlinin liderlər qrupunda yerdəyişmə baş verib. “Bavariya” 1-ci pilləyə yüksəlib. İtaliyada “Atalanta”nı 6:1 hesabı ilə darmadağın edən Almaniya nəhəngi “Arsenal”ı qabaqlayaraq çempionluğa ən şanslı namizəd hesab olunub. Sonrakı yerlərə turnirin son qalibi PSJ və “Real” layiq bilinir. “Barselona”nın 5-ci pilləyə gerilədiyi siyahıda ilk “10-luğ”a “Atletiko”, “Liverpul”, “Mançester Siti”, “Bode/Qlimt” və “Qalatasaray” da daxil olub. PSJ-yə 2:5 hesabı ilə məğlub olan “Çelsi” isə 11-ci yerə düşüb.Qeyd edək ki, ÇL-də 1/8 finalın cavab oyunları martın 17-18-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
icma.az

2Mənbələr