AZ

Mənuçöhr Möttəki ABŞ ı hərbçilərini əsir götürməklə hədələyib

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Xarq adasını ələ keçirməyə cəhd etsə, bölgədəki Amerika bazalarına helikopter hücumları olacaq.

AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Mənuçöhr Möttəki bildirib.

İranlı deputat qeyd edib ki, belə olacağı təqdirdə, İran ABŞ hərbçilərini əsir götürəcək.

“Əgər onlar belə bir addımı atmağa cəhd edərsə, biz niyə regiondakı bazalarına helikopterlərlə enib onların hərbçilərini əsir götürməyək?”, - o əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Mərkəzi Komandanlığının İranın Xarq adasına böyük bir bombardman həyata keçirdiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
10
ayna.az

10Mənbələr