AZ

Bu baş verərsə, ABŞ hərbçilərini əsir götürəcəyik - Möttəki

ABŞ Xark adasını ələ keçirməyə cəhd etsə, bölgədəki Amerika bazalarına helikopter hücumları olacaq.

Turkustan.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Mənuçöhr Möttəki bildirib.

İranlı deputat qeyd edib ki, belə olacağı təqdirdə, İran ABŞ hərbçilərini əsir götürəcək.

“Əgər onlar belə bir addımı atmağa cəhd edərsə, biz niyə regiondakı bazalarına helikopterlərlə enib onların hərbçilərini əsir götürməyək?”, - o əlavə edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Mərkəzi Komandanlığının İranın Xark adasına böyük bir bombardman həyata keçirdiyini bildirib.

Seçilən
3
10
turkustan.az

10Mənbələr