AZ

Qazaxıstanın Yaxın Şərq regionundan vətəndaşlarının təxliyəsi başa çatıb



Qazaxıstanın Yaxın Şərq regionundan vətəndaşlarının təxliyəsi başa çatıb. KİV-lər xəbər verir ki, Qazaxıstan XİN-nin yaydığı məlumata görə, ümumilikdə 10 275 vətəndaş vətənə qaytarılıb. Təxliyə hava və quru yolları da daxil olmaqla müxtəlif marşrutlarla həyata keçirilib. Qazaxıstanın regiondakı diplomatik nümayəndəlikləri yerlərdə xarici dövlətlərin səlahiyyətli orqanları ilə əməkdaşlığı koordinasiya edib, həmvətənlərlə daimi əlaqə saxlayıb və vətəndaşlara lazımi yardım göstərib.

Qazaxıstan XİN qazaxıstanlıların vətənə təhlükəsiz qayıdışının təmin edilməsinə göstərdikləri dəstəyə görə dövlət orqanlarına və xarici tərəfdaşlara minnətdarlığını bildirib.

İRADƏ

Seçilən
0
3
baki-xeber.com

4Mənbələr