AZ

Qazaxıstan Yaxın Şərqdən vətəndaşlarının təxliyəsini başa çatdırıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Astana, 14 mart, AZƏRTAC

Qazaxıstanın Yaxın Şərq regionundan vətəndaşlarının təxliyəsi başa çatıb.

AZƏRTAC Qazaxıstan XİN-ə istinadla verdiyi xəbərə görə, ümumilikdə 10 275 vətəndaş vətənə qaytarılıb. Təxliyə hava və quru yolları da daxil olmaqla müxtəlif marşrutlarla həyata keçirilib.

Qazaxıstanın regiondakı diplomatik nümayəndəlikləri yerlərdə xarici dövlətlərin səlahiyyətli orqanları ilə əməkdaşlığı koordinasiya edib, həmvətənlərlə daimi əlaqə saxlayıb və vətəndaşlara lazımi yardım göstərib.

Qazaxıstan XİN qazaxıstanlıların vətənə təhlükəsiz qayıdışının təmin edilməsinə göstərdikləri dəstəyə görə dövlət orqanlarına və xarici tərəfdaşlara minnətdarlığını bildirib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
3
azertag.az

4Mənbələr