“Neftçi”nin futbolçusu karyerasını Kiprdə davam etdirəcək. Söhbət U-21 millimizin üzvü Murad Məmmədovdan gedir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, yarımmüdafiəçi bu ölkənin “Pafos” klubu ilə anlaşıb.Tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət nəticələnib.
Kipr təmsilçisi Məmmədovla 4 illik müqavilə imzalayacaq. Mövsümün sonu “Neftçi” ilə sözləşməsi bitəcək millimizin üzvü yeni komandasına yayda azad agent kimi qoşulacaq.
“Pafos” hazırda Kipr çempionatında 4-cü pillədə qərarlaşıb.
Həsən Quluzadə