"Neftçi"nin futbolçusu karyerasını Kiprdə davam etdirəcək. Söhbət U-21 millimizin üzvü Murad Məmmədovdan gedir.
"Cebheinfo.az" idmanxeber.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi bu ölkənin "Pafos" klubu ilə anlaşıb. Tərəflər arasında bir müddətdir davam edən danışıqlar müsbət nəticələnib.
Kipr təmsilçisi Məmmədovla dördillik müqavilə imzalayacaq. Mövsümün sonu "Neftçi" ilə sözləşməsi bitəcək millimizin üzvü yeni komandasına yayda azad agent kimi qoşulacaq.
"Pafos" hazırda Kipr çempionatında 4-cü pillədə qərarlaşıb.
"Cebheinfo.az"