AZ

Tramp İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini deyib: Silahları yerə qoyun

BAKI, 14 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“İran heç vaxt nüvə silahı əldə etməyəcək və ABŞ-ı, Yaxın Şərqi və bütün dünyanı təhdid etmək imkanına sahib olmayacaq”, - deyə ABŞ lideri qeyd edib.

Tramp iddia edib ki, İran ABŞ-nin hədəf ala biləcəyi obyektləri müdafiə etmək imkanına malik deyil.

ABŞ prezidenti həmçinin İran hərbçilərini yenidən silahı yerə qoymağa çağırıb.

“Silahları yerə qoyun və ölkənizdən qalanları xilas edin”, - deyə Tramp bildirib.

Seçilən
92
teleqraf.com

1Mənbələr