Bakı. Trend:
İrana qarşı hərbi əməliyyatların başlanmasından bəri ABŞ YaxınŞərq regionuna süni intellekt texnologiyası ilə təchiz olunmuştəxminən 10 min dron göndərib.
Trend xəbər verirki, bu barədə “ABC News” mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, söhbət “Merops” sistemlərindən gedir. Busistemlər düşmən pilotsuz uçuş aparatlarını aşkarlamaq və onlaraqarşı mübarizə aparmaq üçün istifadə olunur. Telekanalın məlumatınagörə, “Merops” sistemləri Ukraynada da tətbiq edilir.
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker daha əvvəlbildirib ki, Vaşinqton İranın “Şahid” dronlarına qarşı bahalı“Patriot” raket sisteminə alternativ axtarır. O qeyd edib ki, təkbir “Patriot” raketinin buraxılışı 4 milyon dollara başa gəlir, buisə 20 min dollardan az olan “Şahid” dronlarına qarşı müdafiənixeyli bahalaşdırır.