AZ

İsveçdə “Rusiyanın kölgə donanmasına aid olduğu ehtimal edilən” tanker saxlanılıb » AzadMedia.az

İsveçdə


İsveç sahil mühafizəsi Sea Owl I adlı tankerin saxlanıldığını və nəzarətə götürüldüyünü açıqlayıb. Daha sonra İsveçin mülki müdafiə naziri Karl-Oskar Bohlin bildirib ki, uzunluğu 228 metr olan gəmi ehtimal ki, Rusiyanın “kölgə donanması”na aiddir.

Hazırda tankerin göyərtəsində axtarış aparılır, ekipaj üzvləri isə sorğu-sual edilir. İsveç rəsmilərinin məlumatına görə, Sea Owl I son illərdə neft məhsullarını Rusiya ilə Braziliya arasında daşıyıb. Bildirilir ki, saxlanılmazdan əvvəl tanker Santos limanından Primorsk limanına doğru hərəkət edirdi.

Sahil mühafizəsinin açıqlamasında qeyd olunub ki, gəmi Komor adaları bayrağı altında üzürdü, lakin onun saxta bayraqdan istifadə etdiyi ehtimal edilir. Bundan başqa, tanker Avropa İttifaqı də daxil olmaqla bir neçə sanksiya siyahısında yer alır. Gəminin saxlanılmasına səbəb kimi təhlükəsizlik və ətraf mühit üçün mümkün risklər göstərilib.

Bir neçə gün əvvəl isə İsveç eyni əraziyə yaxın yerdə — Trelleborg şəhəri yaxınlığında — Caffa adlı başqa bir gəmini də saxlamışdı. Qvineya bayrağı altında üzən həmin gəminin də Rusiyanın “kölgə donanması” ilə əlaqəli olduğu ehtimal edilir və o, Rusiyaya doğru hərəkət edirdi.

Seçilən
23
1
azadmedia.az

2Mənbələr