AZ

Heydər Əliyev Sarayı səhnəsində dünya opera sənətinin şah əsərlərindən biri “Aida” təqdim olundu VİDEO FOTO

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Heydər Əliyev Sarayı səhnəsində dünya opera sənətinin şah əsərlərindən biri - görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin məşhur "Aida" operası tamaşaçılara təqdim olundu.

Dörd pərdəli opera qədim Misirdə baş verən hadisələr fonunda sevgi, sədaqət, vətənə bağlılıq və insan taleyinin dramatik qarşıdurmasını əks etdirir. Zəngin musiqi dili, monumental səhnə həlli və dərin psixoloji dramatizmi ilə seçilən bu əsər dünya opera irsinin ən parlaq nümunələrindən hesab olunur.Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyevdir. Quruluşçu rejissor Gürcüstanın Əməkdar incəsənət xadimi Mixail  Kvaliaşvili, rejissor isə Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Rəssam Əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdir. Xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, baletmeyster isə SSRİ Xalq artisti Qəmər Almaszadədir.Tamaşanın konsertmeysterləri Daniil Kirillov, Roza Səlimova və İlahə Sadıxzadədir.

Tamaşada Azərbaycan opera səhnəsinin tanınmış solistləri iştirak edəcəklər:Aida - Əməkdar artist Afaq Abbasova

Radames - Xalq artisti Yusif Eyvazov

Amneris - Xalq artisti Fidan Hacıyeva

Amonasro - Xalq artisti Əvəz Abdulla

Kahin qadın - Xalq artisti Gülnaz İsmayılova

Ramfis - Xalq artisti Əkrəm Poladov

Firon - İqor Yadrov

Carçı - Fəhmin ƏhmədliTamaşanın təqdimatı paytaxtın mədəni həyatında mühüm hadisələrdən biri olmaqla, tamaşaçılara dünya opera klassikasının ən möhtəşəm nümunələrindən birini canlı şəkildə izləmək imkanı yaratdı. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
87
1
news.milli.az

2Mənbələr