AZ

Kibercinayətkarlar minlərlə cihazdan ibarət yeni hücum şəbəkəsi yaradıb

 

Kibertəhlükəsizlik üzrə mütəxəssislər dünyada minlərlə internetə qoşulan cihazın kibercinayətkarlar tərəfindən ələ keçirildiyi barədə xəbərdarlıq ediblər. Bildirilir ki, bu cihazlardan istifadə olunaraq yeni və aşkarlanması çətin olan kiberhücum sistemi formalaşdırılıb.

 

QHT.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə The Independent nəşri məlumat yayıb.

 

Məlumata görə, “KadNap” adlandırılan zərərli proqram əsasən ASUS şirkətinə məxsus routerlərə yoluxur. Yoluxmuş cihazlar daha sonra zərərli internet trafiki yönləndirmək və genişmiqyaslı kiberhücumlar həyata keçirmək üçün istifadə olunur.

 

“KadNap” botneti ilə bağlı məlumatlar Lumen Technologies şirkətinin hazırladığı hesabatda açıqlanıb. Hesabatda qeyd olunur ki, sistem şəbəkələr tərəfindən aşkarlanmanın qarşısını almaq üçün mərkəzləşdirilməmiş “peer-to-peer” texnologiyasından istifadə edir.

 

Tədqiqatçılar bildiriblər ki, zərərli proqramın qurbanlarının böyük hissəsi ABŞ-də yerləşir. Bununla yanaşı, Böyük Britaniya, Avstraliya, Braziliya, Rusiya və Avropanın müxtəlif ölkələrində də yoluxmuş cihazlar aşkar edilib.

 

Qeyd olunur ki, “botnet” internetə qoşulan cihazların təhlükəsizlik zəifliklərindən istifadə etməklə yaradılan şəbəkədir. Routerlər, ağıllı texnika və digər qurğular gizli şəkildə ələ keçirilərək bir sistemdə birləşdirilir və daha sonra “DDoS” hücumları vasitəsilə veb-saytlar və onlayn xidmətlərin fəaliyyətini iflic etmək üçün istifadə olunur.

Zəhra Ağayeva

Seçilən
57
2
qht.az

3Mənbələr