Dortmund “Borussiya”sının futbolçusu Salih Özcan mövsümün sonunda klubdan ayrılacaq.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda başa çatacaq müqaviləsi uzadılmayacaq.
Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm "Borussiya"da 8 oyuna çıxıb. Onun adı “Beşiktaş”la hallanır.