AZ

Şagirdlər dərsə planşetlə gedəcək AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şagirdlərin məktəb çantalarının həddindən artıq ağır olması uzun illərdir həm valideynləri, həm də ekspertləri narahat edən əsas problemlərdən biridir. Mövzu yenidən rəsmi gündəmə gətirilib. Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə dərs vəsaitlərinin optimallaşdırılması təklif olunur. Məqsəd şagirdlərin fiziki sağlamlığının qorunması, xüsusilə onurğa və skelet sisteminə düşən artıq yükün azaldılması, eləcə də tədris prosesinin daha səmərəli təşkili kimi müəyyənləşdirilir. Bu müzakirələr fonunda dərs yükünün azaldılması məqsədilə bəzi dərsliklərin ixtisarı və ya birləşdirilməsi imkanları nəzərdən keçirilir. Dərsliklərin sayının və həcminin azaldılması, alternativ olaraq isə şagirdlərin planşet və digər rəqəmsal cihazlarla tədris prosesinə cəlb olunması modelinin hazırkı mərhələdə nə dərəcədə real və tətbiq oluna bilən həll yolu olduğu müzakirə mövzusuna çevrilib.Bu barədə təhsil eksperti Şəmsi Qocayev Demokrat.az-a açıqlamasında bildirib ki, dərsliklərin çəkisini azaltmağın yolu fənlərin süni şəkildə ixtisarından deyil, tədris metodikasının yenilənməsindən keçir:““Məktəb çantası deyil, sanki daş karxanasıdır” - bu acı zarafat illərdir Azərbaycan valideynlərinin dilindən düşmür. Ombudsmanın 2025-ci il üzrə məruzəsində məsələnin rəsmi şəkildə gündəmə gətirilməsi göstərir ki, artıq şagirdlərin fiziki sağlamlığı “təhsil yükü”ndən daha önəmli prioritet kimi qiymətləndirilməyə başlanıb. “Blok-dərs” sisteminin tətbiqi və ya dərsliklərin rüblər üzrə daha kiçik hissələrə bölünməsi şagirdlərin, xüsusilə də formalaşma mərhələsində olan onurğasının artıq fiziki yüklənməsinin qarşısını ala biləcək. Bu daha çevik və real addımlar kimi qiymətləndirilir. Rəqəmsal keçid - yəni şagirdlərin planşetlərlə təmin olunması hələlik daha çox arzu olunan perspektiv təsiri bağışlayır. Paytaxtın bəzi mərkəzi məktəblərində bu model pilot layihə kimi uğurlu nəticə verə bilər. Amma ölkə üzrə vahid tətbiq həm ciddi texniki infrastruktur tələb edir, həm də uşaqların görmə sağlamlığı ilə bağlı əlavə suallar yaradır. Görünən odur ki, yaxın perspektivdə ən real və balanslı həll planşetə tam keçid deyil. Daha məqsədəuyğun addımlar kimi məktəblərdə fərdi dolabların yaradılması, dərsliklərin ağır cildlərdən azad edilərək yüngülləşdirilməsi və ümumilikdə tədris yükünün rasional təşkili çıxış yolu kimi önə çıxır”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
78
demokrat.az

1Mənbələr