AZ

"Araz-Naxçıvan" "Karvan-Yevlax"a qarşı - YENİLƏNİR

Bu gün Misli premyer-liqasında 24-cü tura start veriləcək. Üç gün ərzində keçiriləcək matçlar “CBC Sport”un, “Sumqayıt” – “Şamaxı” qarşılaşması həm də “İdman TV”nin efirində canlı yayınlanacaq
Misli premyer-liqası
3-cü dövrə, 24-cü tur
13 mart
Araz-Naxçıvan – Karvan-Yevlax
“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyununun balansı: 1:+1=0-0, 2:1.
2025/26 – 2:1.
Cəzalı: Mustafa Əhmədzadə (Araz-Naxçıvan).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: KAMRANBƏY RƏHİMOV, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov.
VAR hakimi: Elvin Bayramov.
VAR hakiminin köməkçisi: İnqilab Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı, “Liv Bona Dea Arena”. Saat 18.30.
“Qarabağ”ın meydanında biabırçı məğlubiyyətlə üzləşən Naxçıvan təmsilçisinin qısa müddətdə toparlanmaqdan başqa çarəsi yoxdu. 3-cü pillə uğrunda mübarizə aparan “qırmızı-ağlar” son 10 matçda sərfəli nəticələr qazanmalıdı ki, “Turan Tovuz”u qabaqlasın. Hələ “Zirə” amilini demirik. “Qartallar” da gözünü həmin yerə dikib. Belədə “Araz-Naxçıvan”ın işinin nə dərəcədə çətin olduğu haqda uzun-uzadı danışmağa ehtiyac görmürük. Komandanın qarşısında son iki oyunda xal qazanan “Karvan-Yevlax” var. Fizuli Məmmədovun 12-ci sırada qərarlaşan komandası ölüm-qalım savaşından sağ çıxmaq üçün Andrey Demçenkonun yetirmələrini sevindirməməlidi. Əks halda, 3-cü dövrə “dəvələr” üçün gözləniləndən daha çətin keçəcək.
Komandalar indiyə qədər iki dəfə qarşılaşıb. Oyunların ikisi də “qırmızı-ağlar”ın qələbəsiylə başa çatıb. Topların nisbətində “Araz-Naxçıvan” öndədi – 4:1.
Sumqayıt – Şamaxı
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 25:+7=9-9, 28:32.
2011/12 – 0:2; 2012/13 – 0:0; 2013/14 – 0:2, 0:1; 2014/15 – 0:0, 3:1; 2015/16 – 1:1, 0:1; 2016/17 – 1:2, 2:2; 2017/18 – 3:1, 2:1; 2018/19 – 1:4, 2:1; 2019/20 – 0:0, 2:2; 2020/21 – 0:1, 2:2; 2021/22 – 1:3, 2:0; 2022/23 – 1:1, 1:0; 2024/25 – 2:1, 1:2; 2025/26 – 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov.
VAR hakimi: Əli Əliyev.
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 20.30.
Ölkə kubokunu da nəzərə alsaq, son 11 oyunun yalnız birində qələbə qazanan “kimyaçılar” üçün hələ heç nə bitməyib. Avrokuboklara yollanmaq arzusunda olan kollektiv uğursuzluqlara baxmayaraq, 4-cü sırada olan “Zirə”dən cəmi 7 xal geridədi. Təbii ki, təslim olmaq üçün hələ tezdi. Belədə “gənclik şəhəri” təmsilçisinin xarakter göstərəcəyini, növbəti qarşılaşmalarda qənaətbəxş nəticələr qazanacağını proqnozlaşdırmaq olar. O başqa məsələ ki, komandanın 2-ci dövrədəki çıxışı bu yöndə inamlı danışmağa əsas vermir. Rəqib “Şamaxı”dı. Premyer-liqada qalmaq hədəfinin böyük ölçüdə öhdəsindən gələn “şirlər” inadkarlığı və baxımlı oyunu sayəsində Sumqayıtdan azı bir xalla ayrıla bilər. Əlbəttə, bunun üçün Ayxan Abbasovun motivasiyası qalmayan futbolçuları görüşə kökləyə bilməsi vacibdi.
Komandalar indiyə qədər 49 dəfə qarşılaşıb. Bunların 14-də “Sumqayıt”, 21-də “Şamaxı” qalib gəlib, 14-də “sülh” qeydə alınıb. Topların nisbətində bölgə təmsilçisi öndədi – 67:51.
14 mart
İmişli – Sabah
“İmişli”nin bu rəqiblə ev oyununun balansı: 1:+0=0-1, 0:3.
2025/26 – 0:3.
Cəzalı: Ronaldo Rodriges (İmişli).
“Futbol+”in proqnozu: 20-30-50.
Hakimlər: RAUF CABBAROV, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Kifayət Mutafayeva.
Quba, Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00.
Zarafat deyil, “İmişli” son 11 matçda qələbəyə həsrət qalıb. Aran təmsilçisinin göstərdiyi performansa əsaslansaq, tilsimin yaxın müddətdə qırılacağına inanmaq çətindi. Mövsümün əvvəlində döyüşkən oyun tərziylə seçilən “pələnglər” bu il həddən artıq aciz görünür. Onların belə vəziyyətdə lider “Sabah”a müqavimət göstərəcəyini düşünmək sadəlöhvlük olar. Hər halda, çempionluğa doğru irəliləyən Masazır təmsilçisi xal itirməyi ağlının ucundan belə keçirmir. Ötən turda “Qəbələ”yə 7 qol vuran “bayquşlar” bu sınaqdan da üzüağ çıxmaqla “Qarabağ”la aradakı xal fərqinin azalmasına imkan verməməyə çalışacaq.
Komandalar indiyə qədər iki dəfə üz-üzə gəlib və hərəyə 1 qələbə qazanıb. Topların nisbətində “Sabah” öndədi – 3:1.
Zirə - Qarabağ
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 21:+1=5-15, 11:49.
2015/16 – 0:0, 0:2; 2016/17 – 0:2, 0:0; 2017/18 – 2:3, 1:2; 2018/19 – 0:6, 0:3; 2019/20 – 1:3, 0:6; 2020/21 – 0:0, 0:2; 2021/22 – 1:1, 0:3; 2022/23 – 1:7, 0:1; 2023/24 – 0:1, 0:1; 2024/25 – 1:3, 3:2; 2025/26 – 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: FƏRİD AĞAYEV, Namik Hüseynov, Rəhman İmami, Vüqar Həsənli.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə, İdman Kompleksinin stadionu. Saat 19.15.
“Zirə”yə nəsə olub... 23-cü turda “Kəpəz”i qəbul edən “qartallar” az qala uduzacaqdı. Meydan sahiblərinin köməyinə Ruan Renatonun 90+7-ci dəqiqədə vurduğu qol çatdı. “Turan Tovuz”un “Neftçi”yə qalib gəlməklə 3-cü pillədə möhkəmlənməsi qəsəbə təmsilçisinin vəziyyətini bir qədər də qəlizləşdirdi. Avrokuboklara yollanmaq istəyən komanda indi daha ciddi imtahanla üz-üzədi. Rəşad Sadıqovun kollektivi “Sabah”la gərgin çempionluq mübarizəsində olan “Qarabağ”dan azı bir xal almalıdı. “Köhlən atlar” isə mütləq qələbə qazanmalıdı. Çünki “bayquşlar”ın Qubadan qalib ayrılmaq ehtimalı 99 faizdi!
Komandalar indiyə qədər 41 dəfə qarşılaşıb. Bunların 2-də “Zirə”, 26-da “Qarabağ” qələbə qazanıb, 13-də qalib müəyyənləşməyib. Topların nisbətində ağdamlılar öndədi – 82:23.
15 mart
Kəpəz – Turan Tovuz
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 7:+3=1-3, 8:10.
2022/23 – 0:0, 1:0; 2023/24 – 0:2, 2:1; 2024/25 – 0:3, 5:2; 2025/26 – 0:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev.
VAR hakimi: Rəvan Həmzəzadə.
VAR hakiminin köməkçisi: Rahil Ramazanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax, şəhər stadionu. Saat 15.00.
Düzdü, Qərb derbisinin favoriti bu dəfə də “Turan Tovuz”du. Ona görə ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “bozqurd” 3-cü pillədə möhkəmlənmək naminə tər tökəcək və bu hədəf üçün güc sərf etməyə dəyər. Lakin son oyunlarda əldə etdiyi nəticələr “Kəpəz”in asanlıqla təslim olmayacağını göstərir. “Sumqayıt”ı darmadağın edəndən sonra “Zirə”nin meydanında qələbə üçün döyüşən, son anda buraxdığı qol üzündən “sülh”ə razılaşan komandada yüksəliş hiss olunur. Odu ki, tovuzluların Yevlaxda asanlıqla qalib gələcəyini düşünmək doğru olmaz. Hələ onu demirik ki, “bozqurd”un arxayınlaşmaq haqqı yoxdu. Belə vəziyyət tovuzlulara baha başa gələ bilər.
Komandalar indiyə qədər 14 dəfə üz-üzə gəlib. Bunların 3-də Gəncə, 10-da Tovuz təmsilçisi qələbə qazanıb, 1-də “sülh” qeydə alınıb. Topların nisbətində “bozqurd” öndədi – 28:9.
Qəbələ – Neftçi
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 33:+9=7-17, 34:50.
2006/07 – 1:4; 2007/08 – 2:3; 2008/09 – 0:1; 2009/10 – 1:0, 0:0; 2010/11 – 0:2; 2011/12 – 1:0, 4:1; 2012/13 – 2:1, 1:1; 2013/14 – 1:2, 1:2; 2014/15 – 0:0, 1:3; 2015/16 – 0:1, 2:2; 2016/17 – 4:1, 1:0; 2017/18 – 2:1, 1:2; 2018/19 – 3:1, 1:3; 2019/20 – 0:3, 0:2; 2020/21 – 1:4, 2:2; 2021/22 – 1:1, 1:0; 2022/23 – 1:2, 0:0; 2023/24 – 0:2, 0:1; 2025/26 – 0:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
VAR hakimi: Kamal Umudlu.
VAR hakiminin köməkçisi: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ, şəhər stadionu. Saat 18.00.
“Qəbələ”nin Masazırda biabır olmasından hələ çox keçməyib. İstənilən halda, tarixi məğlubiyyət uzun müddət yaddaşlardan silinməyəcək. Düzü, “qırmızı-qaralar”ın qısa müddətdə belə psixoloji böhrandan qurtulması mümkün görünmür. Lakin komanda son 10 turda döyüşməyə davam etməyə, premyer-liqada qalmaq uğrunda mübarizədə təslim olmamağa məcburdu. Bu səbəbdən, “Neftçi”yə müqavimət göstərməkdən başqa çarə görünmür. Elə “ağ-qaralar”ın da durumu fərqli deyil. Mövsümün bəlkə də ən önəmli matçında “Turan Tovuz”a uduzan paytaxt təmsilçisi “futbol ili”ni ilk “dördlük”də bitirmək şansını böyük ölçüdə azaltdı. Ancaq yenə də şans var. Odu ki, “ağ-qaralar” üçün prioritet Qəbələdə qalib gəlməkdi.
Bu komandalar indiyə qədər 65 dəfə qarşılaşıb. Bunların 18-də “Qəbələ”, 33-də “Neftçi” qələbə qazanıb, 14-də qalib müəyyənləşməyib. Toppların nisbətində “ağ-qaralar” öndədi – 98:70.
KƏNAN BAHADIR

Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Araz-Naxçıvan” hər iki oyunda eyni sayda – 2 qol vurub. “Karvan-Yevlax” xal qazanmayıb.
// “Şamaxı” son 6 matçda qol vurub. “Sumqayıt” son 8 ev qarşılaşmasını qolsuz tərk etməyib.
// “İmişli”ylə “Sabah”ın hər iki duelində qonaq komanda qalib gəlib. Meydan sahibi tərəf qol sevinci yaşamayıb.
// “Qarabağ” son 9 oyunda qol vurub. “Zirə”nin son 3 ev görüşündə hər iki komanda fərqlənib.
// “Turan Tovuz” son 10 oyunda qol vurub. “Kəpəz” son üç qarşılaşmada quru hesabla məğlub olub.

Seçilən
48
3
football-plus.az

4Mənbələr