AZ

"Almaniya İranla müharibənin bir hissəsi olmaq istəmir" - Merz

Almaniya Hörmüz boğazında gəmilərə hərbi müdafiə vermək niyyətində deyil

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumata yayıb.

Almaniya kansleri Fridrix Merz Norveçə səfəri zamanı bildirib ki, Berlinin İranın hücumları qarşısında Hörmüz boğazından keçən gəmilərə hərbi müdafiə təmin etmək üçün heç bir əsası yoxdur.

“Almaniya bu müharibənin bir hissəsi deyil və biz də onun bir hissəsi olmaq istəmirik”, - deyə Merz qeyd edib.

Kansler həmçinin ABŞ Prezidentinin administrasiyasını gəmilərə yüklənən Rusiya neftinə qarşı sanksiyaları müvəqqəti ləğv etməsinə görə tənqid edib: “Biz bunun səhv olduğuna inanırıq. Hazırkı məsələ təklif deyil, qiymətdir. ABŞ hökumətini bu qərarı verməyə sövq edən digər amillərin nə olduğunu bilmək istərdim”, - deyə o əlavə edib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
80
43
redaktor.az

10Mənbələr