AZ

Azərbaycan ötən il sülh və diplomatik uğurlara imza atdı Azay Quliyev

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

2025-ci il Azərbaycan üçün həm daxili, həm də xarici siyasətdə mühüm nailiyyətlərlə yadda qaldı. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistanla sülh sazişi paraflanmış, Zəngəzur dəhlizi və TRIPP layihəsi üzrə razılıq əldə olunmuşdur.

Gununsesi.info xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azay Quliyev bu gün keçirilən “Hökumətin 2025-ci il fəaliyyətinə dair Hesabatının müzakirəsi” zamanı bildirib.

O qeyd edib ki, ATƏT-in Minsk qrupu və ona bağlı strukturlar isə ləğv edilmiş, regionda de-fakto sülhün bərqərar olması təmin edilmişdir:

”Bununla yanaşı, Azərbaycan ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasını, Çinlə isə Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyanatını imzalamış, D-8 və Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv olmuşdur. Bu uğurlar ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirmişdir”,- deyə o, həmçinin bildirib. 

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
icma.az

1Mənbələr