AZ

Aynur Sofiyeva bu futbolçu ilə evli imiş FOTO

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanın tanınmış şahmatçılarından biri, beynəlxalq qrossmeyster Aynur Sofiyevanın şəxsi həyatı ilə bağlı maraqlı faktlardan biri də onun həyat yoldaşının məşhur futbolçu olmasıdır.

Globalinfo.az Oxu24.com-a istinadən xəbər verir ki, Aynur Sofiyeva 1991-ci ildə Azərbaycan futbolunun tanınmış simalarından biri – veteran futbolçu və məşqçi Yunis Hüseynov ilə ailə həyatı qurub.

Qeyd edək ki, Aynur Sofiyeva Azərbaycan və İslam dünyasında qadınlar arasında ilk beynəlxalq qrossmeyster kimi tanınır. O, uzun illər şahmat sahəsində uğurlar qazanaraq müxtəlif beynəlxalq yarışlarda ölkəmizi təmsil edib.

Sonrakı illərdə isə dövlət idarəçiliyində fəaliyyət göstərən Sofiyeva hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində çalışır.

Onun həyat yoldaşı Yunis Hüseynov isə Azərbaycan futbolunun tanınmış simalarından biridir. O, uzun illər müxtəlif futbol klublarında çıxış edib, daha sonra məşqçi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, idmançı cütlüyün iki qızı var və onlar müxtəlif sahələrdə fəaliyyət göstərirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
globalinfo.az

1Mənbələr