AZ

"Bütün vətəndaşların maaş və pensiyalarında atım qeydə alınıb" - Komitə sədri

"2025-ci ildə iqtisadiyyatımız daha da böyüyüb, iqtisadi müstəqilliyimiz möhkəmlənib, əhalinin sosial rifahı daha da yüksəlib. Ötən il minimum pensiya 14,3% artaraq 320 manata, minimum əməkhaqqı 16% artaraq 400 manata çatdırılıb. Bütün vətəndaşların maaşlarında və pensiyalarında atım qeydə alınıb, 3 milyondan çox vətəndaşımızın sosial rifah halının yüksəlməsi təmin edilib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

"Hesabat ilində orta aylıq əməkhaqqı 9,3% artaraq 1103 manata çatıb, orta aylıq pensiya 540 manat, yaşa görə əmək pensiyası isə 576 manat təşkil edib. 2025-ci ildə inflyasiya 5,6% olub. Ötən ildə maaşların və pensiyaların artım tempi inflyasiya göstəricisini üstələyib".

Anar Kəlbiyev

Seçilən
14
2
unikal.az

3Mənbələr