AZ

Bütün vətəndaşların maaş və pensiyaları artıb - Komitə sədri

"2025-ci ildə iqtisadiyyatımız daha da böyüyüb, iqtisadi müstəqilliyimiz möhkəmlənib, əhalinin sosial rifahı daha da yüksəlib. Ötən il minimum pensiya 14,3% artaraq 320 manata, minimum əməkhaqqı 16% artaraq 400 manata çatdırılıb. Bütün vətəndaşların maaşlarında və pensiyalarında artım qeydə alınıb, 3 milyondan çox vətəndaşımızın sosial rifah halının yüksəlməsi təmin edilib".

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev  parlamentdə hökumətin illik hesabatının müzakirəsi zamanı deyib.

"Hesabat ilində orta aylıq əməkhaqqı 9,3% artaraq 1103 manata çatıb, orta aylıq pensiya 540 manat, yaşa görə əmək pensiyası isə 576 manat təşkil edib. 2025-ci ildə inflyasiya 5,6% olub. Ötən ildə maaşların və pensiyaların artım tempi inflyasiya göstəricisini üstələyib".

Mürtəza

Seçilən
23
2
olke.az

3Mənbələr