AZ

Bunları avtomobilə quraşdıranlar cərimələnəcək

Türkiyədə nəqliyyat vasitələrində edilən bəzi dəyişikliklərlə bağlı yeni cərimələr tətbiq olunacaq.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi açıqlama verib.

Onun sözlərinə görə, nəqliyyat vasitələrində zavod istehsalı olan səs və ekran sistemlərinin istifadəsinə icazə verilir. Lakin musiqinin ətrafdakı insanları narahat edəcək səviyyədə səsləndirilməsi 3 min lirə (təxminən 115 manat) cərimə ilə nəticələnə bilər.

Nazir həmçinin vurğulayıb ki, nəqliyyat vasitəsinin orijinallığını dəyişdirən əlavələr qadağandır. Avtomobilə sonradan planşet, əlavə video sistemləri, gücləndirici və ya əlavə dinamiklər quraşdırılması sürücünün diqqətini yayındırdığı üçün qanunla məhdudlaşdırılıb.

Seçilən
17
1
publika.az

2Mənbələr